İsmayıllının ağır atletləri qələbə qazanıblar

31-07-2019, 10:16           
İsmayıllının ağır atletləri qələbə qazanıblar
Teref.az- İsmayıllıda müxtəlif idman növləri ilə yanaşı ağır atletikanın təşkili və inkişafına da (xüsusilə qızlar arasında) ciddi diqqət yetirilir. Bu idman növündə qələbə ruhlu ənənələri olan rayonun idmançıları Respublika və Beynəlxalq yarışlarda layiqli qələbələr qazanırlar.

Teref.az xəbər verir ki, bu günlərdə də belə olub. 27-28 iyul 2019-cu il tarixdə Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində İsmayıllı atletləri fəal iştirak edib, qaliblər sırasına daxil olublar. Selcan Qarayeva (45 kq. çəkidə) birinci, Kənan Rəhimov (49 kq. çəkidə) ikinci və Ədalət Məmmədli (61 kq. çəkidə) üçüncü yeri tutublar.

Bu nəticələr həm də məşqçi Vüsal Ağayevin səmərəli fəaliyyətinin və öyrədicilik bacarığının nəticəsidir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru