QUBA RAYONUNDA NARKOTİK MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR SAXLANILIB

15-08-2019, 22:02           
QUBA RAYONUNDA NARKOTİK MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR SAXLANILIB
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az - a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə C.Əhmədovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan iki bükümdə, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 ədəd bükümdə narkotik maddə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş, 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul digər dəstə, X.Əmirəliyev və S.Talıbov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunublar. Onların yaşadıqları evlərə keçirilən baxış zamanı, Xalid Əmirəliyevə məxsus fərdi yaşayış evindən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.