İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyinin ad lövhəsi ilə bağlı Lənkəran Regional Mədəniyyət İdarəsinin mövqeyi

15-08-2019, 22:05           
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyinin ad lövhəsi ilə bağlı Lənkəran Regional Mədəniyyət İdarəsinin mövqeyi
Teref.az - Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Lənkəran şəhər Həzi Aslanovun ev muzeyinin ad lövhəsində olan nöqsanlar barədə müxtəlif fikirlər səsləndirilir. Lakin bununla bağlı hazıradək Lənkəran Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlayıb İdarənin mövqeyini öyrənərək real vəziyyət barədə heç kim məlumat almamışdır.
Məsələ ilə əlaqədar bildiririk ki, sosial şəbəkədə fotosu yayılan lövhə bir müddət əvvəl muzeyin əməkdaşları tərəfindən dizayn xidmətləri göstərən şirkətə sifariş verilmiş, sifariş alan şirkət tərəfindən lövhədə hərf və ümumi dizayn səhvlərinə yol verilmiş və oraya vurulmuşdur. Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən dərhal lövhəyə baxış keçirilmiş, hərf və dizayn səhvləri olduğuna görə lövhə oradan sökülmüşdur. Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən muzey üçün yeni lövhə sifariş verilmiş və hazırlanmış lövhə muzeyin qarşısına vurulmuşdur. (Foto əlavə olunur). Sosial şəbəkədə yayılan foto köhnə lövhənin fotosudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.