İsmayıllının Ruşan kəndində RİH başçısının görüş-qəbulu

21-08-2019, 18:08           
İsmayıllının Ruşan kəndində RİH başçısının görüş-qəbulu
1981-ci ildə Qərbi Azərbaycanda yaşayan bir qrup soydaşımız İsmayıllı rayonunun Ruşan kəndinə köç etmişdi. Həmin ilin dekabr ayında zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq tədbirlərini müəyyənləşdirib həyata keçirilməsini təmin etmək üçün ümummilli liderimiz Heydər Əliyev İsmayıllıya gəlmiş, Ruşan kəndinə də getmiş, əhali ilə görüşmüşdü. Aid Respublika təşkilatlarına tapşırmışdı ki, Ruşanın yeni sakinləri üçün qəsəbə salınsın. Ulu öndərin tapşırığı layiqincə və tezliklə icra olundu. Tarixi düşmənlərimizin qətliamlarından uzaqlaşıb İsmayıllının müxtəlif kəndlərində, o cümlədən Ruşanda məskunlaşan vətəndaşlarımız dövlət siyasətinin bütün istiqamətlərində ön mövqelərdə gedirlər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da tez-tez ruşanlılarla görüşür, onların təsərrüfat fəaliyyətinə, sosial problemlərinin həllinə elmi və əməli köməklik göstərir.
20 avqust 2019-cu il tarixdə keçirilən görüş-qəbul da bu xarakterdə olub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə tədbiri açıb, daha sonra ölkə iqtisadiyyatının hərtərəfli inkişafından, rayonda gedən tikinti-abadlıq quruculuq işlərindən, yeni təsərrüfat sahələrinin yaranmasından, Ruşan və ruşanlıların müsbət keyfiyyətlərindən danışıb.
RİH-nin başçısı daha sonra qeyd edib ki, asfalt yolun təmirə ehtiyacı var. Kəndə qaz xətti çəkilməsi Dövlət Proqramına salınıb. Yeni məktəb tikintisini, daşıyıcı elektrik xətlərinin təmirini, içməli su təchizatının yaxşılaşdırılmasını təmin edəcək tədbirlər həyata keçiriləcək.
Sakinlər qəsəbədə küçənin işıqlandırılmasını, Vəngə qədər yolun düzəldilməsini, transformatorun yaşayış evinin həyətindən götürülməsini, Azərsell-in baza stansiyasının tikilməsini də xahiş ediblər.
Görüş-qəbuldan o nəticə hasil olub ki, hər kəs, hər bir Ruşan sakini yaşamağın əsasını işləməkdə, özəl iş qurmaqda, təhsilin inkişafına yardımçı olmaqda, ictimai fəallığı artırmaqda, qanunçuluğa riayət etməkdə görür.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.