Eldar Əzizov Hövsanda sakinlərlə görüşdü, sakinlər Mehriban xanımı döğum günü münasibəti ilə təbrik etdilər

26-08-2019, 09:27           
Eldar Əzizov Hövsanda sakinlərlə görüşdü, sakinlər Mehriban xanımı döğum günü münasibəti ilə təbrik etdilər
Hovsan sakinləri Mehriban xanımı təbrik etdilər

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilmişdir. Qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləmişlər ki, bu da sakinlərin xüsusi rəğbəti ilə qarşılanmışdır.
Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilmişdir.
Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşdə çıxış edən Hövsan sakinləri Bakı şəhərində, eyni zamanda, Hövsan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onun həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Görüşdə söz alan qəsəbə sakini Kəmaləddin Qədimov qəsəbənin sosial-iqtisadi inkişafindakı xidmətlərinə, bürada təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və təmirinə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib və fürsətdən istifadə edərək Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Görüş iştirakçıları yekdilliklə bu təbrikə qoşularaq onu ayaq üstə sürəkli alqışlarla dəstəkləmişlər.
Təbrikə qoşulan Eldar Əzizov qeyd etdi ki, “...Bizim tariximiz şox qədim və zəngindir, minillikkləri əhatə edir. Mehriban xanım Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan biridir. O, özünün çoxşaxəlı fəaliyyəti ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq edib”.
Sakinlər qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. O, vurğulamışdır ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov buna bariz nümunə olduğunu qeyd edərək bildirmişdir ki, “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.
Maraqlı dialoq şəklində keçmiş görüşdə 31 nəfər sakin şıxış etmiş, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olmuşdur.
Bütün müraciət və təkliflər nəzarətə götürülmüşdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.