“Bakcell”dən yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı

26-08-2019, 17:17           
“Bakcell”dən yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum” mobil tətbiqetməsini yeniləyib.

Teref.az xəbər verir ki, “Ulduzum”u yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan “keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.

Yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:

https://apple.co/32yW5j5

http://bit.ly/UlduzumApp

Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 300-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.

Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

Proqram haqqında ətraflı məlumatı www.ulduzum.az səhifəsindən almaq mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru