Eldar Əzizov Sumqayıtı qarış-qarış satışa çıxarıb... - Gəcnlər şəhəri "qoca təfəkkürə" qurban gedir...

27-04-2015, 17:09           
Eldar Əzizov Sumqayıtı qarış-qarış satışa çıxarıb... - Gəcnlər şəhəri "qoca təfəkkürə" qurban gedir...
Son zamanlar Sumqayıtın icra başçısı Eldar Əzizovun yaxın çevrəsinə aid edilən bəzi tanınmış tikinti şirkətlərinin Bakıdan Sumqayıta transferi müşahidə edilir. Bunun səbəbləri arasında Sumqayıtın paytaxta daha yaxın məsafədə yerləşməsi, şəhərin ekologiyasında son bir neçə il ərzində sezilən müsbət dəyişikliklərlə yanaşı, həm də tikinti üçün sərfəli şərtlər də yer alır. Bu baxımdan, Eldar Əzizovu sahibkarlığa qayğı göstərən məmurlar sırasına aid etmək olardı. Lakin məsələ Sumqayıtda yaşanan kütləvi ağac qırğını təhlükəsilə bir az qəlizləşir. Bu barədə DİA.AZ-a yazan Sumqayıt sakinləri də həyəcan təbili çalırlar...

Onların dia.az-a ünvanladıqları müraciətlərində deyilir ki, son bir neçə ildə paytaxt Bakının yaşıllıqlarına tutulmuş divan bu dəfə Sumqayıtda təkrar oluna bilər. Şəhərin park və xiyabanlarında apardığımız müşahidələr belə deməyə əsas verir. Belə ki, şəhərsalma sahəsində bir neçə il öncə Bakıda müşahidə edilən mənfi proseslər burada təkrarlanır. Ağacqıranlar sanki Sumqayıtın qəsdinə durub. Vaxtilə tikinti təşkilatları layihə əsasında apardıqları işləri müvafiq təşkilatlarla razılaşdırmaq məcburiyyətindəydilər. Yaşayış binaları arasındakı məsafələr şəhərsalma qanunlarına əsasən təyin edilirdi. Təəssüf ki, Sumqayıtda əksər yaşayış binaları arasında heç olmasa bir neçə metr boş sahə belə tapmaq günbəgün çətinləşir. Bu isə yanğın və digər fövqəladə hadisələr zamanı yaşayış kvartallarına texnikanın girişində məhdudiyyət yaradır.

Bəzi yaşayış komplekslərinə isə heç təcili yardım maşınları da rahat daxil olaraq dönüş edə bilmir. Sumqayıtın 14 mərtəbə adlandırılan yaşayış binasının arxa hissəsindən başlayaraq "Karvan" ticarət mərkəzinə doğru uzanan yaşıllıq zolağının "Yunaytedbankla" üzbəüz hissəsində artıq qazıntı işləri aparılıb. Bəzi sakinlərin sözlərinə görə, icra başçısı həmin zolağı hissə-hissə hərraca qoymaq niyyətindədir. Eldar Əzizovun Sumqayıtın park və xiyabanlarına, seyrəngahlarına hər gəlişi sakinlər tərəfindən heç də həmişə birmənalı qarşılanmır. Çünki, belə gəlişdən sonra yaşıllıqların sahəsi metr-metr azalır, tikinti şirkətləri isə arxayınlıqla, heç nə olmayıbmış kimi iş aparmağa başlayır. Belə davam edərsə, yaxın bir neçə ildə sumqayıtlıların fəxrlə bəhs etdikləri geniş və yaraşıqlı prospektlərdən bir əsər-əlamət qalmayacaq.

DİA.AZ-a Sumqayıtdakı qaynaqlardan daxil olan informasiyada isə bildirilir ki, Eldar Əzizov konkret olaraq Sumqayıtda bulvar ərazisini oliqarx-məmurlarımızdan birinə satıb. Yəni bu da o deməkdir ki, Başçı əslində dövlətə məxsus bir ünvanı şəxsi malı kimi ədəyərləndirərək xırıd edib...

Btünü bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.