İcra başçısı haqqında yazılanlara BELƏ REAKSİYA VERDİ: - "Erməni əsilli məxluqlar..."

9-06-2020, 17:48           
İcra başçısı haqqında yazılanlara BELƏ REAKSİYA VERDİ: - "Erməni əsilli məxluqlar..."
İcra başçısı haqqında yazılanlara BELƏ REAKSİYA VERDİ:
"Demokrat.az saytında və həmin sayta istinadən bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir". Daşkəsən Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin adından DİA.AZ-a daxil olan cavab yazısında belə deyilir.

Daşkəsən RİH nümayəndisinin reaksiyasında daha sonra bildirilir: "Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu kimi xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.

Kütləvi informasiya vasitələri ilə Baş prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumat yayanlar məsuliyyətə cəlb edilsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.