Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb

11-06-2020, 20:52           
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuku oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru