Qubada vətəndaşların sağlamlıqlarının təmin edilməsi məqsədi ilə tədbirlər davam etdirilir

19-06-2020, 09:14           
Qubada vətəndaşların sağlamlıqlarının təmin edilməsi məqsədi ilə tədbirlər davam etdirilir
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Belə ki, polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankların qarşılarında yarana biləcək sıxlığı nəzərə alaraq həmin ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Şöbə əməkdaşları tərəfindən həmin ərazilərə sakinlərin rahatlığını təmin etmək məqsədi ilə sosial məsafə gözlənilməklə stullar düzülüb, hava şəraiti ilə əlaqədar mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilir, tibbi maskası olmayanlara maskalar paylanılır.
Vətəndaşlar da onlara göstərilən bu diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru