Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO

24-06-2020, 10:30           
Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi 1 ədəd sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru