Nəsimi rayonunda profilaktik reydlər davam etdirilir

6-07-2020, 16:56           
Nəsimi rayonunda profilaktik reydlər davam etdirilir
Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti Başçısının, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində izahetmə xəbərdarlıq işləri davam etdirilir.

Teref.az xəbər verir ki, reydlər zamanı rayon ərazisində koronavirus (Covid-19) infeksiyası əlaeyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi üçün vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi bir daha sakinlərin diqqətinə çatdırılıb.

Xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru