Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələnib

14-07-2020, 19:15           
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələnib
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb. Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.
Ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru