Nəsimi rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

16-07-2020, 12:10           
Nəsimi rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir
Teref.az- Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nəsimi rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.

Rayon İcra Hakimiyyəti Başçısının, RİH Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə mütəmadi reydlər keçirilir, obyekt sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təvisiyyələrinə ciddi əməl etmələri barədə göstərişlər verilir.

Sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karatin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış sosial aksiyalar davam etdirilir.

Aksiya çərçivəsində İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmələri və sosial təcridolunmanın vacibliyi barədə məlumatlar verilir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.