Bakıda məktəbli qız qətlə yetirilib

29-04-2015, 18:17           
Bakıda məktəbli qız qətlə yetirilib
Bakı şəhərində 20 yaşlı gənc məktəbli qızı öldürüb.

Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi 81 ünvanında qeydə alınıb.

Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində İ. Hüseynov tutulub.

Polisdən həmçinin bildirilib ki, A. Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru