Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı

24-01-2021, 16:46           
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.
T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq RPŞ-nə gətirilib.
Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru