Ağstafada sərnişin daşıma ilə əlaqədar tədbir keçirilib

25-02-2021, 11:08           
Ağstafada sərnişin daşıma ilə əlaqədar tədbir keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin(DYPB) əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir.
Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.
Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru