Ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Moldova Elmlər Akademiyasının prezidenti İon Tiqineanu ilə görüşüb

14-04-2021, 21:54           
 Ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Moldova Elmlər Akademiyasının prezidenti İon Tiqineanu ilə görüşüb
13 aprel tarixində ölkəmizin Moldova Respublikasındakı səfiri Qudsi Osmanov Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik professor İon Tiqineanu ilə “online” formatda görüş keçirib.

Görüşdə MEA-nın prezidentinin müavini Viktor Moraru, Sosial elmlər, iqtisadiyyat, humanitar və incəsənət məsələləri şöbəsinin müdir köməkçisi professor Aurelian Denile, Tarix İnstitutunun direktoru professor George Kojokaru, Akademik İdarəetmə və Xarici Əlaqələr şöbəsinin müdiri elmlər doktoru Tudor Branişte iştirak etmişdir.

Görüş zamanı İ.Tiqineanu MEA-nın pandemiya çərçivəsində fəaliyyəti barədə geniş məlumat verib, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığın davam etdirildiyini bildirib, MEA-nın yaradılmasının 60 illiyi və akademik tipli ilk elmi müəssisələrin yaradılmasının 75-ci ildönümünə həsr olunmuş "Elm Həftəsi" adlı “online” formatda silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq Azərbaycan tərəfini tədbirlərdə iştiraka dəvət edib.

Öz növbəsində, səfir Q.Osmanov ölkələrimiz arasında geniş əməkdaşlıq əlaqələrindən danışıb, bununla bağlı mədəniyyət və elm sahələrində əlaqələrdən söhbət açaraq Azərbaycanın Milli Elmlər Akademiyası ilə Moldova Elmlər Akademiyası arasındakı əməkdaşlıq sazişinin əhəmiyyətini xatırladıb.

Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir uzun illər ərzində yaşadığımız ortaq tarixi nəzərə alaraq, bu sahədə araşdırmalar aparılması və əməkdaşlıq edilməsinin əhəmiyyətini qeyd edib, hər iki ölkənin akademiyaları nəzdində tarix institutları arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması təşəbbüsünü bildirib.

MEA-nın Tarix institutunun direktoru professor G.Kojokaru hər iki quruma fayda gətirəcək Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü dəstəkləyib, Moldova tədqiqatçıları üçün Azərbaycanın tarixi keçmişinin araşdırılmasının xüsusi maraq kəsb edəcəyinə əminliyini bildirib.

Görüşdə hər iki ölkədəki elmi tədqiqatçıların potensialı, qarşılıqlı təcrübə mübadiləsi imkanları, birgə layihələrdə iştirak üçün tədqiqatçı qrupların yaradılması, o cümlədən beynəlxalq elmi forumlarda iştirak və digər maraq doğuran məsələlər müzakirə edilib.

https://www.asm.md/presedintele-asm-avut-o-intrevedere-cu-ambasadorul-extraordinar-si-plenipotentiar-al-republicii


шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.