İsmayıllıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

20-06-2021, 15:21           
İsmayıllıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları həmin sürücülərlə izahedici söhbətlər aparıb, bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğunu onların diqqətinə çatdırıb.Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.