Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq

15-10-2021, 18:51           
Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında

Oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 18-dən 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru