Meteoroloqlardan xəbərdarlıq: Külək dahada güclənir

10-11-2021, 22:19           
Meteoroloqlardan xəbərdarlıq: Külək dahada güclənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21.00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişmiş, Şəki, Quba, Qusar, Şabran, Xınalıqda yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsmişdir.

Küləyin maksimal sürəti Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Ağstafada 20 m/s, Altıağac, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s- dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatmışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru