Zəfər paradı Ermənistana ciddi mesaj oldu

8-12-2021, 16:09           
Zəfər paradı Ermənistana ciddi mesaj oldu
2020-ci il dekabrın 10-da Bakıda Zəfər Paradının keçirilməsi çox vacib bir tədbir olaraq mühüm əhəmiyyət kəsb edirdi. Əslində bu Azərbaycanın böyük bir tarixi qələbəsinin rəsmiləşdirilməsi idi. Zəfər paradının ən böyük siyasi tərəfi ondan ibarət idi ki, bu paradda məhz erməni faşizmi üzərində Azərbaycan xalqının, Azərbaycanın Şanlı Ordusunun qələbəsi öz əksini tapırdı.

Parad bütün dünyaya və regiona ilk növbədə nümayiş etdirilirdi ki, bu regionda erməni faşizminin qarşısını ala biləcək bir nizami, bir güclü ordu var ki, bu da Azərbaycan Ordusudur.

Daha bir önəmli məqam isə həmin Zəfər Paradında Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidentinin bizim hərbçilərin paradını qəbul etməsi və onları alqışlaması idi. Bu konkret olaraq bir daha onu göstərir ki, qardaş Türkiyə bütün məsələlərdə həmişə mənəvi-siyasi baxımdan Azərbaycanın yanında olub və olacaq. Yeri gələrsə, əgər bunu reallıq tələb edərsə hərbi baxımdan da Türkiyə həmişə Azərbaycanın yanında olacaqdır.

Zəfər Paradının əsas siyasi, hərbi və geosiyasi mahiyyəti bundan ibarət idi və bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan artıq 80-ci illərin sonunda və yaxud da ki, 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil, Azərbaycanın güclü və qətiyyətli bir Ordusu var. Bu ordunun mübariz bir şəxsi heyəti və Azərbaycanın müasir dövrün tələblərinə cavab verən hərbi-texniki baxımdan təchiz olunan bir ordusu var.

Bu erməni faşizmi üzərində qələbə bütün dünyaya mesaj olaraq həm də Azərbaycanın haqq işini dəstəkləyənlərin hamısına bir təşəkkür idi. Bir daha Azərbaycan sübut etdi ki, regionda erməni faşizminin qarşısı həmişə alınacaq, çünki onların qarşısında güclü Azərbaycan Ordusu duracaqdır.

Vətən müharibəsi göstərdi ki, son illərdə Azərbaycanda ordu quruculuğu və silahlanma siyasəti düzgün aparılıb. Son 17 il ərzində Azərbaycanın əsas büdcə xərcləri hərbi xərclər olmuşdur.

İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görüldü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Ölkənin iqtisadi qüdrəti artdı, bu da öz nöbvbəsində ordunun hər cür müasir silahlarla təminatına köməklik göstərdi. Bu illər ərzində ordumuz dünyanın 50 ən güclü orduları sırasında yer aldı. Ermənistan isə bu illər ərzində ancaq zəiflədi.

Bütün bunla isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin səyləri nəticəsində baş verdi. Prezidentimiz öz şıxışında qeyd etdiyi kimi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Bəhrəm Atakişiyev – Azərbaycan Vətən Müharibəsi Veteranlari Birliyi Səbail rayon təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.