Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

14-12-2021, 09:42           
Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Teref.az- ın Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan əldı etdiyi məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru