Brüsseldəki görüşlər ölkəmizin haqlı mövqeyini bir daha təsdiqlədi

17-12-2021, 15:35           
Brüsseldəki görüşlər ölkəmizin haqlı mövqeyini bir daha təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə keçirilən Şərq Tərəfdaşlığının VI Sammitindəki çıxışında, həmçinin keçirdiyi görüşlərdə postmünaqişə dövrünün çağırışlarını bir daha səsləndirərək Ermənistanın sülh sazişi ilə bağlı danışıqlara başlamasının vacibliyini diqqətə çatdırdı. Ölkə Prezidentinin keçiridiyi görüşlər, ən əsası Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı Bəyanatında yer alan fikirlər ölkəmizin söz sahibliyini nümayiş etdirir.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni səhifə açılır. Azərbaycanın yürütdüyü siyasət, həmçinin Vətən müharibəsində tarixi Zəfəri iki və çoxtərəfli çərçivədə əlaqələrini daha da möhkəmləndirir, ölkəmizə beynəlxalq dəstəyi artırır.

30 ilə yaxın işğal, həmçinin 44 günlük Vətən müharibəsi dövründə seyrçi mövqedə dayanan əksər dövlətlər, beynəlxalq təşkilatlar bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yardımçı olmağa çalışırlar. Bu, Azərbaycanın artan nüfuzu ilə yanaşı, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının artıq hər bir dövlətin, beynəlxalq təşkilatın marağında olduğunu göstərir.

Kommunikasıyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması və sair kimi məsələlərin həlli də öz növbəsində sülh müqaviləsinin imzalanmasını zəruri edir. Bu sazişin imzalanması Ermənistanla Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir.

Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri Avropa İttifaqı ilə NATO-nun Azərbaycana dəstəyini nümayiş etdirdi. Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında da əksini tapan Azərbaycanın haqlı mövqeyinin təsdiqidir.

Soçi, ardınca Brüssel görüşü, həmçinin Şərq Tərəfdaşlığının Sammiti çərçivəsində Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin qeyri-formal görüşü artıq Ermənistanın dalana dirəndiyini, beynəlxalq təzyiqlərin gücləndiyini təsdiqləyir.

Elşən Manafov - Siyasi sərhçi, politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.