Hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq

19-12-2021, 16:39           
Hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında

Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20 m/s, yarımadanın bəzi yerlərində arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. 21-i gecə və səhər saatlarında yağış yağcağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 20-21-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Hidrometeoroloji Proqnozlar

Bürosunun direktoru G. Məmmədova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru