Prezidentin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar

22-12-2021, 21:34           
Prezidentin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar
Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 18 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub.
Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb. “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir". Həmçinin tələbələrin və doktorantların stimullaşmasına da səbəb olan, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılmasını nəzərdə tutan Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və fərman təhsilalanların qayğısı ilə bağlı dövlətin həyata keçirdiyi siyasətin bariz nümunəsidir.
Ümumilikdə son üç il on ay ərzində sosial ödənişlərin xərcləri təqribən illik 2,4 milyard manat artıb. Bu, ondan irəli gəlir ki, sosial islahatların əsas mənbələrindən biri sosial rifahın yaxşılaşdırılması, gəlirlərin artırılmasıdır. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda sosialyönümlü siyasət davam edir. Dövlət başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək.
Davam edən pandemiya, habelə postmüharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir.


Aynur Xəlilova – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.