Dekabrın 24-də hava necə olcaq

23-12-2021, 16:44           
Dekabrın 24-də hava necə olcaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı,

bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Bakıda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 24-də Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru