Bakının abad məhəllələrində “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışları başa çatdı

23-12-2021, 18:44           
Bakının abad məhəllələrində “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışları başa çatdı
Azərbaycan xalqı Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Şanlı Qələbənin qazanılması yeniyetmə və gənclərimizdə böyük ruh yuksəkliyi doğurub.

Teref.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə böyüməkdə olan gənc nəslə bu şanlı qələbənin təbliği, doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, eyni zamanda yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinə yekun vurulub. 2 mərhələdən ibarət olan futbol yarışmasında ümumilikdə 1060 gənc idmançının yer aldığı 88 komanda iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda iştirakçı komandalar Şanlı Qələbəmizin şərəfinə “Zəfər”, “Qələbə”, “Qarabağ”, “Şuşa”, “Vətən”, “Zəngəzur”, “Dəmir yumruq” və s. bu kimi vətənpərvər ruhlu adlar daşıyıblar.

Yarışlar paytaxtın qəsəbə və yaşayış məntəqələrində əsaslı təmir olunan və sakinlərimizin sevimli isrirahət yerlərinə çevrilən 46 abad məhəllədəki hər cür şəraiti olan mini stadionlarda keçirilib. Dekabrın 10-na kimi paytaxt rayonlarında yarışların birinci turu başa çatıb, sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə final oyunları ilə yekun vurulub.

Turnirin bağlanışı ilə bağlı tədbir və final oyunları Xətai rayonunda Milli Qəhrəman, şəhid Məzahir Rüstəmovun adını daşıyan küçədəki abad məhəllədə təşkil edilib. Bağlanış mərasimində çıxış edən rəsmilər, idman mütəxəssisləri yarışlarin gedişi barədə məlumat verib və yeniyetmələrə gələcək yarışlarda uğurlar arzulayıblar.

Final oyununda Nizami rayonunun “Xəzri” və Sabunçu rayonunun “Polad” komandaları qarşılaşıb və oyun 4-2 hesabı ilə “Polad” komandasının qələbəsi ilə başa çatıb.

Beləliklə, Bakı şəhərinin abad məhəllələrində 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinin qalibi Sabunçu rayonun “Polad” komandası elan edilib. İkinci yerə Nizami rayonun “Xəzri” və üçuncü yerə isə Binəqədi rayonun “Dəmir yumruq” komandası layiq görülüb.

Yarışların qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.