Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar

24-12-2021, 11:33           
Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, aktiv koronavirus xəstəsi olan rayonun Türkədi kənd sakini Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyən edilib və yaşadığı evə geri qaytarılıb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru