Cənab Prezidentin 60 illik yubileyi münasibətilə "Kristal Abşeron" tərəfindən ağacəkmə aksiyası həyata keçirilib

24-12-2021, 21:19           
Cənab Prezidentin 60 illik yubileyi münasibətilə "Kristal Abşeron" tərəfindən ağacəkmə aksiyası həyata keçirilib
24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi münasibətilə Şamaxı şəhərində ağacəkmə aksiyası həyata keçirilib.

"Kristal Abşeron"un təşkilatçılığı ilə təşkil olunmuş aksiya çərçivəsində şəhərin relyefi nəzərə alınmaqla, ümumilikdə, 2060 ədəd müxtəlif cinsli ağac əkilib.

"Kristal Abşeron" bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı prioritet məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bugünədək onlarla aksiya həyata keçirilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru