Balakəndə "Narkomaniyaya yox deyək " mövzusunda tədbir keçirilib

2-04-2022, 12:14           
Balakəndə "Narkomaniyaya yox deyək " mövzusunda tədbir keçirilib
Balakən rayonu Xalatala kənd tam orta məktəbində narkomaniyanın zərərləri mövzusunda maaifləndirici tədbir keçirilib. Tədbirdə polis əməkdaşları, məktəbin şagirdləri və müəllimlər iştirak ediblər.
Məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov narkotikin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib.Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətli mübarizə tədbirlərinin həyata keçirildiyini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran sualları cavablandıran polis əməkdaşları onları gələcək həyatlarında zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru