Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanıldı

2-04-2022, 12:39           
Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Rzayev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də aparılan araşdırmalar zamanı E.Rzayev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldığı və hal-hazırda axtarışda olduğu da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru