Aprelin 05-nə hava proqnozu

4-04-2022, 15:36           
Aprelin 05-nə hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq.
Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti,
Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti,
dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru