Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

17-11-2022, 16:28           
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayev saxlanılıblar. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru