Zərdabda maarifləndirmə tədbiri keçirilib

19-11-2022, 11:03           
Zərdabda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çallı kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı İkram Əhmədov bəşəriyyətin ən böyük bəlasına çevrilən narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, müasir dövrdə “ağ ölüm” kimi tanınan bu zərərli maddələrin aludəçisinə çevrilən şəxslər normal həyata qayıtmağa çətinlik çəkir, vaxt keçdikcə isə cəmiyyətdən tamamilə təcrid olunmağa başlayırlar. Onlar arasında isə ən çox gənclərə rast gəlinir. Çünki narkotik vasitələrin zərərləri barədə kifayət qədər məlumatı olmayan gənclər bu maddələrdən bir neçə dəfə istifadə etdikdən sonra onun təsiri altına düşür, öz parlaq gələcəyini bilə-bilə məhv edirlər. Buna görə də, siz gənclər bu cür əməllərdən kənar gəzməli, belə hallarda rastlaşdıqda isə valideynlərinizə və müəllimlərinizə, eləcə də polis əməkdaşlarına məlumat verməlisiniz.
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda məktəblilərə narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.