Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslərə qarşı tədbir keçirilib

22-11-2022, 14:00           
Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslərə qarşı tədbir keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, məhsuliyyətdən yayınmaq üçün dövlət qeydiyyat nişanını rəngləyən, sürücülük hüququ olmadan avtomobil idarə edən və sərxoş halda hərəkətdə olan sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçirilib. Bəzi nəqliyyat vasitəsilərinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Polis əməkdaşları qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru