“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

29-11-2022, 22:26           
“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır
İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə vermək məqsədilə mobil
operator “Nar” bu il də NETTY milli internet mükafatına dəstək olur. Mükafatın münsifləri hər il
Azərbaycanın ən yaxşı İT layihələrini, mühüm veb-resursları və informasiya texnologiyaları
sahəsində peşəkarları müəyyən edib mükafatlandırır.

TEREF.AZ bildirir ki, müsabiqədən iştirak etmək istəyənlər hər birində 3 alt kateqoriya olan 7 nominasiya üzrə
ərizələrini təqdim edə bilərlər. Bu ilki nominasiyalar “Dövlət və cəmiyyət”, “İqtisadiyyat və
Biznes”, “Maliyyə və banklar”, “Elm, Təhsil və İnnovasiyalar”, "Səhiyyə, İdman və Turizm",
“İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” olaraq müəyyən edilib.
İştirak üçün müraciət netty.az saytında, onlayn qaydada qeydə alınır. İştirak ərizələrinin qəbulu
üçün son gün 30 noyabr tarixidir.

Qeyd edək ki, müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ
sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda yerli İT sahəsinin inkişafına və
müxtəlif yenilikçi layihələrin tətbiqinə dəstək olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru