Zəfər paradı: Şanlı Qələbənin təqdimatı - İsrafil Kərimovun yazısı

8-12-2023, 09:23           
Zəfər paradı: Şanlı Qələbənin təqdimatı -
Üç il əvvəl 2020-ci il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər
paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün
dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün
bərpasının təqdimatı idi. Həmçinin, Şuşa işğaldan azad edildikdən sonra,
Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da
parada gətirilmişdir.
Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan
Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan
Şanlı Qələbədən sonra qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı
Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı.
Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və
zabitləri iştirak etdilər.
Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq
qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul
etmişlər.
Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizin ən yaddaqalan
səhifəsi kimi yazıldı. Azərbaycanın Vətən müharibəsində möhtəşəm
Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin
müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə
məxsus hərbi texnikanın bir qismi nümayiş edilmişdir. Azərbaycan bu
Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı
uğrunda qanını tökməyə hazır olan övladları var. Vətən müharibəsində
qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda
zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.
«Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq
təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı
gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan
son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim
üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan
bizimlə rəqabət apara bilmədi» söyləyən dövlətimizin başçısı İlham Əliyev
bildirmişdir ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə
bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi
yollarla həll edəcəyik: «Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə
Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki,
Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə
deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti,
beynəlxalq hüququ bərpa etdi.»
Bu fərəhli hadisədən üç il sonra isə 2023-cü il sentyabrın 19-da şanlı
ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam
edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq
qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və
yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə,
Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli
düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi
şəhərində keçirilən hərbi parad oldu. Üç il fərqlə keçirilən hər iki parad isə
Azərbaycan tarixinə əbədi həkk edildi.

Müəllif: İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.