İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi

6-03-2024, 17:26           
İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi
2020-ci il fevralın 9-da Azərbaycanda müstəqillik tarixinin ilk növbədənkənar Parlament seçkiləri keçirilmişdir. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarətdir.
VI Çağırış Məclisinin fəaliyyətə başlamasından sonra Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulmağa başlayıb. Qeyd olunmalıdır ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək və bununla əlaqədar olaraq millət vəkillərinin qarşısında qanunvericilik sahəsində böyük vəzifələr duracaqdır. Qeyd olunmalıdır ki, ölkədə həyata keçirilən islahatlar bu faktı bir daha təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir.
Parlamentdəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, “qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir”.
Öz çıxışında Prezident İlham Əliyev onu da vurğulamışdır ki, məsuliyyət ən vacib məsələlərdən biridir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.
Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.