O, kalsium, maqnezium və fosforla zəngindir

9-03-2024, 09:08           
O, kalsium, maqnezium və fosforla zəngindir
Küncüt isti iqlimlərdə bitən bir bitkidir. Onun toxumlarından əldə edilən küncüt yağı həm mətbəxdə, həm də kosmetik və əczaçılıq sənayesində müxtəlif məqsədlər üçün istifadə edilir.Küncüt toxumu həm də zülal, lif və sağlam yağların yaxşı mənbəyidir.Foodinfo.az küncütün faydalarını təqdim edir:Küncüt zülal, lif, sağlam yağlar (xüsusilə monodoymamış yağlar), vitaminlər (xüsusilə E vitamini), minerallar (maqnezium, dəmir, kalsium, sink) və antioksidantlarla zəngindir. Küncüt toxumları tərkibindəki mono doymamış yağlar və lignanlar kimi komponentlər sayəsində ürək-damar sağlamlığı üçün faydalıdır. Tək doymamış yağlar xolesterol səviyyəsini tarazlaşdırır və ürək-damar xəstəlikləri riskini azaldır. Tərkibində sümük sağlamlığı üçün vacib olan kalsium, maqnezium və fosfor kimi minerallarla zəngindir. Xüsusilə postmenopozal qadınlarda osteoporoz riskini azalda bilər. Küncüt zəngin antioksidant mənbəyidir. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnmələrini azalda və qocalmanı yavaşlada bilər. Lif və zülalla zəngin olduğundan həzm prosesini ləngidir və qan şəkərinin tarazlaşdırır. Bu, diabetin idarə edilməsi üçün xüsusilə vacibdir. Bu bitkinin yağı dəri və saç üçün nəmləndirici və qidalandırıcı vasitədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru