Özbək plovunun afrodizyak effekti

9-03-2024, 12:08           
Özbək plovunun afrodizyak effekti
Düyü, tərəvəz, ət və ədviyyatlarla hazırlanan plov demək olar ki, bütün İpək Yolu ölkələrində çox məşhurdur. Lakin plov deyəndə ilk növbədə Özbəkistan yada düşür. Ona görə də bu coğrafiyada özbək plovunun xüsusi yeri var.Foodinfo.az medicina.az-a istinadən xəbər verir ki, Özbəkistanda həftədə ən azı bir dəfə istehlak edilən özbək plovu ölkənin milli yeməyidir.Ailə şənliklərinin ayrılmaz hissəsi olan özbək plovu doğum, toy və yas mərasimlərində və Həcc ziyarətindən qayıdan insanların şərəfinə süfrəyə verilir.İnanca görə, plov ilk dəfə Makedoniyalı İsgəndər üçün hazırlanıb. O, Orta Asiyaya yürüşləri zamanı ordusu üçün doyumlu yemək hazırlanmasını əmr edib."Bizim bunu sübut edəcək tarixi qeydlərimiz yoxdur, amma bildiyimiz odur ki, plov burada 9-10-cu əsrlərdən çox məşhur olub", - Özbəkistanda bələdçi olaraq fəaliyyət göstərən Nilüfər Nuriddinova deyib."Min ildən artıqdır ki, düyü bu bölgədə əsas qida məhsuludur. Məhsul yığmaq və heyvan yetişdirmək ağır fiziki əmək tələb edir. Ona görə də özbək plovu əsasən kənd təsərrüfatı ilə məşğul olan cəmiyyət üçün yüksək kalorili, qida maddələri ilə zəngin olan ideal yeməkdir", - o qeyd edib.Özbək plovu UNESCO-nun "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib.Özbəklərdə "Yer üzündə cəmi bir gün qaldığını bilsən, onu plov yeməyə sərf et" kimi bir deyim var.Özbəkistanda bu plov adətən cümə axşamı günü və bazar günləri bişirilir.Ölkənin məşhur restoranlarından olan "Beş Qozon"un aşpazı Fayzullah Saqdiyev plovun cümə axşamı günü yeyilməsinin maraqlı bir səbəbi olduğunu açıqlayıb.Onun sözlərinə görə, ölkədə düyünün güclü afrodizyak xüsusiyyətlərinə malik olduğuna dair geniş yayılmış bir inanc var. Ona görə də övlad sahibi olmaq üçün ən uyğun gün hesab edilən cümə axşamı həm də plov günüdür.Saqdıyev deyib ki, kişilər arasında plov sözünün əslində "ön sevişmə" mənasını verdiyinə dair zarafatlar dolaşır. Onlar plovun qazanların dibində qalan suyunu içir, bunun təbii Viaqra olduğunu hesab edirlər. Bir çox aşpaz əlavə cinsi güc qazanmaq istəyən kişi müştəriləri üçün ən yaxşı əti məhz cümə axşamı gününə ayırır.Cümə axşamı hamilə qalmaq ənənəsi isə ölkədə İslam inancının güclü olması ilə bağlıdır. Belə ki, Saqdiyev Məhəmməd peyğəmbərin ana bətninə düşdüyü günün də məhz cümə axşamına təsadüf etdiyi ilə bağlı inancın bunda rol oynadığını bildirib."Beləliklə, körpənizin ağıllı, tərbiyəli olmasını, mələklər tərəfindən xeyir-dua almasını və Allahı qəbul etməyə açıq bir qəlbə sahib olmasını istəyirsinizsə, cümə axşamı bunun üçün ən yaxşı vaxtdır. Təbii ki, bir boşqab düyü yedikdən sonra...", - məşhur aşpaz vurğulayıb












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.