Bu günkü iməclikdə Bakının 502 küçəsi yuyuldu

9-03-2024, 17:10           
Bu günkü iməclikdə Bakının 502 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 9-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməcliyi keçirilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 502 əsas küçə və prospektlərinin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir.





Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.