O, oynaq ağrılarınına yaxşı təsir edir

15-03-2024, 15:59           
O, oynaq ağrılarınına yaxşı təsir edir
Xurma təbii şəkər mənbəyi və sağlamlığa çoxlu faydalar verdiyi üçün insanlar tərəfindən sevərək yeyilən bir qidadır.Foodinfo.az xəbər verir ki, xüsusilə ac qarına təzə və ya qurudulmuş xurma istehlakının bir çox sağlamlıq problemlərinə xeyirli olduğu bildirilir.Xurmanın ən məşhur faydası onun həzmə kömək etməsidir. Liflə zəngin olan xurma həzm sistemini tənzimləyərək qəbizlik problemlərinin qarşısını alır və həzmi asanlaşdırır. Tərkibindəki lif sayəsində toxluq hissi verərək çəkiyə nəzarət etməyə kömək edir. Xurmanın tərkibindəki təbii şəkərlər orqanizmi enerji ilə təmin edir. Buna görə də məşqdən əvvəl xurma istehlak etmək idmançıların enerji səviyyələrini artırmağa kömək edir. Kaliumla da zəngin olan xurma əzələ funksiyalarını dəstəkləyir və əzələ kramplarının qarşısını alır. Xurmanın tərkibindəki antioksidantlar sayəsində immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı qoruyur. Həmçinin iltihab əleyhinə xüsusiyyətləri sayəsində iltihab problemlərini azaldır və oynaq ağrılarına yaxşı təsir göstərir.Acqarına təzə və ya qurudulmuş xurma istehlakı qan şəkərini tarazlaşdırmağa da kömək edir. Tərkibindəki liflər və təbii şəkər qarışığı sayəsində qan şəkərinin ani artımının qarşısını alır və insulin səviyyəsinin tarazlaşdırılmasına töhfə verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru