“Nar” bahar kampaniyasına start verdi
15-03-2017, 18:14
teref.az - “Nar” və “İrşad Electronics” mağazalar şəbəkəsi yeni müştərək kampaniyaya start verdilər. Belə ki, 31 mart 2017-ci il tarixinədək 35 AZN komissiya haqqı ödəməklə “İrşad Electronics”-dən “Samsung J320” smartfonunu alan hər bir kəs “Nar”-dan bonus olaraq nömrə, 200 AZN danışıq balansı və 1,5 GB internet trafiki əldə edəcək.
Qeyd edək ki, istənilən Azərbaycan vətəndaşının yararlana biləcəyi kampaniya çərçivəsində ümumi məbləğ 13 aya bölünür və aylıq ödəniş cəmi 26 AZN təşkil edir. Bonuslar isə aylıq 33.33 AZN şəbəkədaxili danışıq və 250 MB internet trafik olmaqla 6 ay arzində təqdim olunur. Səsli zənglər “0” tarifinə əsasən hesablanır və bonuslar yalnız bu tarif daxilində aktivdir. Kampaniyaya daxil olan “Samsung J320” smartfonu barədə məlumatı “İrşad Electronics”-in çağrı mərkəzinə zəng etməklə (*0171) və ya internet səhifəsinə daxil olmaqla (irtelecom.az) əldə etmək olar.
Bonusları *777#84#YES şifrəsini yığmaqla, “I” yazıb 777 qısa nömrəsinə mesaj göndərməklə və ya “şəxsi kabinet” vasitəsilə yoxlamaq olar. Bonusların aktiv olması üçün balans hər ay bir dəfəyə ən az 5 AZN artırılmalıdır. Ödənişləri istənilən “İrşad Electronics” filialına yaxınlaşmaqla etmək olar.
“Nar” tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.