Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə bayram tədbiri keçirilmişdir. FOTO
16-03-2017, 23:11
teref.az - Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı Rayon İcra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov tədbir iştirakçılarını salamlayaraq, əsgərləri Novruz Bayramı münasibəti ilə təbrik etmiş, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olduqlarını və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat apararaq böyük konsert proqramı təşkil etdiklərinə bildirmişdir. Tədbirdə əməkdar artist İlkin Hüseynovun, tanınmış incəsənət ustaları Nadir Bayramlı və Zahid Qubadlının çıxışları əsgərlərdə xoş təəssurat bağışlamışdır