Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib FOTO

16-03-2017, 23:14           

teref.az - Bu gün deputat Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Seçicilər təhsil, əfv, məşğulluq, hüquq, mənzil-kommunal məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini millət vəkilinə çatdırıblar. İrəli sürülən məsələlərin bəzilərini yerindəcə həll edən Azay Quliyev, digərlərinin aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edib.
Azay Quliyev həmçinin seçicilərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edərək onlara bol ruzi, xoşbəxtlik arzu edib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru