Haqqı danana haqq da divan tutacaq
17-03-2017, 22:04
Bir neçə gün bundan əvvəl təsadüfən internetdə e-qazet.org saytının “İsmayıllıda növbəti üsyan anonsu: RİH başçısı əhalini dövlətdən narazı salır”... başlıqlı yazısına rast gəldim. Əvvəla bunu yazan jurnalist həmkarımız bilməlidir ki, yazıya bu cür başlıq verməklə onlar xalqı üsyana qaldırmaq üçün bir növ təbliğat aparırlar. Bu da Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət sayılır. Nə isə yazını oxuduqdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru ilə telefon əlaqəsi saxladım. İcra Hakimiyyətindən bildirdilər ki,yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterli yazıdır. O yazını hazırlayan jurnalist əslində heç İsmayıllıda olmayıb. Əgər o bircə dəfə İsmayıllıda olsa idi, reallığı öz gözləri ilə görərdi. Biz onu dəvət elədik İsmayıllıya gəlsin görsün sonra yazsın. Əslində o yazıya görə biz onu məhkməyə də verə bilərik. Ancaq pula görə ağlını itirmişlərin ağıla gələcəyinə ümid edib, bu yolu tutmuruq. Lakin hər halda bizdə yığılan bütün bu faktlar bir gün məhkəmə araşdırmasının predmeti olacaq!
Bir az da gözlədim və 16 mart 2017-ci il tarixdə yenidən e-qazet.org saytında çirkab bataqlığına rast gəldim.RİH-nin məlum sektoru ilə əlaqə saxlamağa ehtiyac görmədim.Bir daha aydın oldu ki, duydum ki, bu başabəla saytda təzəcə şər-böhtan yuvası quranların ədalətdən, haqq divanından, dövlət qanunlarından xəbərləri yoxdur. Ən iyrənc yolla qazanc əldə etmək hərisliyi onların gözünü kor edib. O dərəcədə kar-kordular ki, M.Sadıqovun 3 il yox 4 ildir ki, başçı olduğunu unudurlar. Bu “sütül” saytın hansı əməkdaşı indiyədək İsmayıllıda olub? Başçının hansı tədbirində, qəbulunda iştirak edib, lətifə danışdığını eşidib? Belə iftira torlarını yalnız ləyaqət hissindən məhrum adamlar toxuya bilər. RİH başçısının adına gülməcə yazmaq ən aşağısı ədəbsizlik və tərbiyəsizlikdir.
“Gündəminfo.az” saytının şər-böhtanlarının, yalanlarının, üfunətli yayımının ölçüsünü tapmaq çox çətindir. Mən öz rayonumu, öz elimi-obamı, orada çalışanları yaxşı tanıyıram. Əlaqəm də möhkəmdir, müntəzəmdir. Hər kəs iş başındadır, vəzifəsinin icrasındadır. Hər kəsin haqqı özünə çatır. Kimsə harasa gedəcəksə, öz rəhbərindən icazə alacaq. Hansısa bir sayt rəhbərindən yox.
A qarayaxa, a goreşən , yazırsan ki, İsmayıllıda Novruz şənliklərinin keçirilməsi nəzərdə tutulmayıb. Bu dərəcədə haqqı danmazlar. Haqq sənə qənim olar. Ən yüksək səviyyədə Çərşənbələr bayram edilib. Novruza həsr olunmuş şeir, mahnı müsabiqələri, intellektual oyunlar keçirilib.Mart ayının 20-də saat 10-da şəhərin mərkəzi meydanında möhtəşəm Novruz bayramı tədbiri keçiriləcək. Bakı şəhərindən də çoxsaylı qonaqlar bu şənlikdə iştirak edəcək. Mən də ora dəvətliyəm.
Bir balaca ağıl sahibi olan adam bu qədər dayaz düşüncə məhsulunu ortaya qoymaz.
Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan İsmayıllının təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?
Bayram ərəfəsində bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.
Vahid Xəlilov - Veteran jurnalist