Rusiyada yaşayan iş adamı Fərhad Əhmədov azərbaycanlı əsgərlərə belə surpriz etdi FOTO

19-03-2017, 21:34           

teref.az - Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə növbəti dəfə Bərdə və Tərtər rayonlarındakı “N” saylı hərbi hissələrə Novruz bayramı münasibətilə sovqat göndərilib.
Hərbi hissələrdə zabit və əsgərlərlə görüşən “AzNar” QSC-nin nümayəndələri Asif Əhmədov və Vüqar Muradov ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyində ayıq-sayıq dayanan igid oğulları bayram münasibətilə təbrik ediblər. Onlar bildiriblər ki, “AzNar” QSC ənənəvi olaraq hər il Novruz bayramı və 26 iyun-Silahlı Qüvvələr günü ilə əlaqədar ön cəbhədəki hərbi hissələrə bayram sovqatı göndərir. Bundan əlavə şirkət tərəfindən mütəmadi olaraq Bakıda və ölkənin digər bölgələrində əlillər, aztəminatlı ailələr, valideyn himayəsndən məhrum uşaqlar, ahıl insanlar üçün xeyriyyə aksiyaları keçirilir, onlara maddi, geyim və ərzaq yardımı edilir.
Çıxışlardan sonra yük avtomobili ilə hərbi hissələrə aparılan “AzNar” QSC-nin meyvə şirələri və kompotları, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları əsgərlərə paylanılıb. Hərbi hissə rəhbərliyi göstərilən diqqətə görə “AzNar” QSC-nin sahibi Fərhad Əhmədova minnətdarlıq edib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.