Badamdar şossesinin yenidənqurulmasına başlanılıb

30-03-2017, 12:58           

teref.az - Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şossesinin müasir layihə əsasında yenidənqurulmasına başlanmışdır.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə ilk növbədə bu küçə ərafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və RİH-də vətəndaşlarla görüş keçirilib. Hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prossesi gedir.
Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunmuşdur ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud Qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə tikililər yüksəkgərginli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şosse boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub.
Bununla əlaqədar RİH tərəfindən vətəndaşlara öz tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub və onlara qanun çərçivəsində hər cür yardım göstərilir.
Eyni zamanda Badamdar şossesinin kənarlarında zəbt olunaraq tikilmiş və qanunsuz artırılmış, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır.
Badamdar qəsəbə nümayəndəliyindən bildirilmişdir ki, aparılan söküntü işləri ilə bağlı hələ ki, şikayət daxil olmayıb. Hər bir söküntü işi, hər bir tikili ilə bağlı real vəziyyət aydınlaşdırılır və onlar barədə məlumat KİV-lərə təqdim olunucaqdır.
Aparılan yenidənqurma prossesi uzunmuddətli olmasına baxmayaraq o, tam şəkildə başa çatdıqdan sonra Badamdar şossesi Bakının ən gözəl prospektinə çevriləcəkdir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.