Nəsimi rayonunda 31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilmişdir
31-03-2017, 21:59
31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilmişdir
31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir.Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2017-ci il tarixində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilmişdir.
Tədbirdə rayon məktəblilərinin və gənclərinin 31 Mart-Azərbaycanlıların soyqrımına həsr olunmuş rəsmlər nümayiş olunmuşdur.Əvvəlcə tədbir iştirakçıları rəsmlərlə tanış olmuşlar.Sərgidə təqdim olunan rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək qeyd etmişdir ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Çıxışında bildirdi ki,“Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.1918-ci ilin mart ayında əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur.Azərbaycanlıların soyqırımı Bakı,Şamaxı,Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Ermənilər azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi siyasətini davam etdirərək SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kalxozçuların və başqa azərbaycanlı əhalinin azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında,1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.
1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində 100 minlərlə azərbaycanlı öz tarixi torpaqlarıdan qovuldu.1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu.Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxsaylı azərbaycanlının məhv edilməsi,əsir alınması,şəhərin yerlə yeksan edilməsinə gətirib çıxardı.Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünya dövlətləri arasında tanınması istiqamətində böyük işlər görülür.Hal-hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyası ildən-ilə geniş vüsət alır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Sonra 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirin sonunda çəkdikləri rəsmlərə görə 10 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin diplomları təqdim edildi.